Nyu Yorkda Çinin gizli polis idarəsi aşkarlanıb…

ABŞ Ədliyyə Nazirliyi Nyu Yorkda Çinin gizli polis bölməsini aşkar edib, iki nəfər həbs olunub…

ABŞ hakimiyyəti Nyu-Yorkda gizli Çin polis idarəsi aşkar edib və bu gizli idarənin iki əməkdaşını həbs edib.

Poliqon xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlum olub ki, Ədliyyə Nazirliyin nümayəndəsi şübhəli şəxsləri digər “dövlət xidmətləri” göstərməkdə və Çinin rəsmi sənədlərini emal etməkdə ittiham edib. Bundan əlavə, onlar dissidentləri təqib etməkdə ittiham olunurlar.

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər Çin hökumətinin milli polis qüvvəsi adından Manhettenin Chinatown bölgəsində polis bölməsi yaratmaq üçün birlikdə çalışıblar.

Gizli polis idarəsi 2022-ci ilin fevralından fəaliyyət göstərməyə başlayıb. Nyu-Yorkun Şərq Bölgəsinin vəkili Breon Peace 34 “Çin polisinin” ittiham olunduğunu bildirib. ABŞ Ədliyyə Nazirliyi isə 44 nəfərə qarşı ittiham irəli sürüldüyünü bildirib.

Poliqon.info