Ola bilsin ki, Putin Çinlə silah tədarükü ilə bağlı müqavilə bağlayıb...

Dünən Kremlin sahibi Rusiya ilə silah müqaviləsi bağlayan Çinin müdafiə naziri ilə görüşüb...

Çinin Rusiyaya silah tədarükü ilə bağlı müqavilə bağlaması istisna olunmur.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Çinin Sinxua Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı Rusiya prezidenti Pekin və Moskvanın hərbi qüvvələrinin birgə təlimlər, peşəkar mübadilələr və digər sahələrdə əməkdaşlığı gücləndirəcəklərinə və iki ölkə arasında strateji qarşılıqlı etimadı daim dərinləşdirəcəklərinə ümid etdiyini qeyd edib.

Öz növbəsində ÇXR-in müdafiə naziri Li Şanfu bildirib ki, Çin və Rusiya arasında qarşılıqlı hərbi etimad güclənir və əməkdaşlıq səmərəli nəticələr verir.

Görüşdən sonra Kremldən verilən açıqlamada vurğulanıb ki, çinli nazir Rusiya və Çin orduları arasında əməkdaşlığın gündən-günə gücləndiyini deyib.

“Bizim çox güclü münasibətlərimiz var, onlar “soyuq müharibə” dövründəki hərbi-siyasi ittifaqlardan üstündür, Bu münasibətlər bloklara qoşulmamaq, üçüncü tərəflə qarşıdurma yaratmamaq prinsiplərinə əsaslanır və çox sabitdir”, deyə Kremldən verilən bəyanatda Li Şanfudan sitat gətirilib.

Poliqon.info