Əsrin rekordçusu Azərbaycan çempionatında 25-ci penaltini vurub

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Premyer Liqadakı penalti sayını 25-ə çatdırıb...

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi buna XXX turda nail olub.

Braziliya əsilli oyunçu “Sabah”a 1:2 hesabı ilə uduzduqları görüşdə 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.

Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.

Poliqon.info