Yapon şirkətləri İranı tərk etmək niyyətində deyil - Yaponiya səfiri

Yaponiya şirkətləri yeni layihələrlə bağlı çətinliklərə baxmayaraq, İranda fəaliyyətlərini davam etdirirlər…

Poliqon xəbər verir ki, Yaponiyanın Tehrandakı səfiri Kazutoşi Aykava aprelin 16-da İranın Kirman əyalətinin qubernatoru ilə görüşdə Yaponiya şirkətləri yeni layihələrlə bağlı çətinliklərə baxmayaraq, İranda fəaliyyətlərini davam etdirdiklərini bildirib

“Yapon şirkətləri hələ də İranda fəaliyyət göstərir. Şirkətlər İranda qalır və yeni layihəyə başlamaq çətin olsa da, köhnələrini davam etdirəcəklər”, deyə səfir bildirib.

Səfir həmçinin qeyd edib ki, Tokio Tehrana quraqlıqla mübarizədə kömək etməyə və ikitərəfli iqtisadi, sosial və turizm əlaqələrini genişləndirməyə hazırdır.

Poliqon.info