Son sutkada koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb...

Bu barədə Poliqon.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 120 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Poliqon.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

Poliqon.info