Röya: "Üç mərtəbəli villamın həyətində restoranım var" - Video

Xalq artisti Röya Ayxan yaşadığı evinin içərisində restoranının olması barədə açıqlama verib. 

Poliqon.info Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Mərdəkan ərazisində üç mərtəbəli lüks villada yaşayan estrada ulduzu bildirib ki, orada birinci mərtəbədə şəxsi restoranı var:

"Formada qalmağımın səbəbi hər gün qaldığım evdə üç mərtəbə düşürəm aşağı. Orada isə restoranım var və mən də ora hər gün gözəl geyinib gedirəm. Ora gələn qonaqlar deyirlər ki, "Biz idman ayaqqabısı geyinib, gəlmişik. Biz harasa gedirik?".

Cavab verirəm ki, "Xeyr! Mən ona görə bəzənmişəm ki,  restorana gəlmişəm. Hər gün heç yerə gedə bilmirəm. Öz restoranıma gedirəm. Elə bilirəm ki, restorana gəlmişəm (gülür)". 

Poliqon.info