ABŞ terror təşkilatı PKK/YPG ilə SDG-nin əlaqələrini gizlətməyə çalışır...

Pentaqonun sözçüsü Patrik Rayder PKK ilə SDG-nin eyni təşkilat olmadığını iddia edib...

Belə görünür ki, ABŞ terror təşkilatlarını qorumağa, PKK, YPG, PYD və SDG-nin fərqli adlar altında eyni təşkilat olduğunu gizlətməyə çalışır. ABŞ Müdafiə Nazirliyinin son mətbuat konfransı bu cəhdi bir daha nümayiş etdirib.

TRT müxbiri Yunus Paksoy Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayderə SDG və PKK-nın eyni terror təşkilatı olduğunu xatırladıb. Rayder isə terror qrupları aralarındakı əlaqəni gizlətməyə çalışıb və türk jurnalistin sözlərini inkar edib.

Bununla belə, Amerika Konqresindəki hesabatlar sözügedən terror təşkilatları arasında sıx əlaqəyə işarə edir.

Araşdırma xidmətinin ABŞ Konqresinə təqdim etdiyi hesabatda PKK ilə YPG arasında əlaqə yer alıb. Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Kəşfiyyat Xidməti də Konqresə bu əlaqələri əks etdirən hesabat təqdim edib.

ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford da “PKK ilə YPG arasında elə də böyük fərq yoxdur” deyib. Bundan başqa, ABŞ senatoru Lindsey Graham PKK, PYD və YPG arasında sıx əlaqəyə diqqət çəkib.

Bütün bunlara baxmayaraq, Vaşinqton terror təşkilatına silah, kəşfiyyat, təlim və logistik dəstək verməyə davam edir. (Musavat.com)

Poliqon.info