Laçın-Xankəndi yolundakı aksiya 126 gündür davam edir

Onlar hər zaman olduğu kimi günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar...

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 126 gündür davam edir.

Poliqon.info