Muxtar Babayevin ilginc tender ortağı: “Hayat Group” MMC

Qalib şirkətə 4 yük avtomobili üçün 289 572 manat ödəniləcək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi “Tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.

Poliqon FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Hayat Group” MMC ((VÖEN: 1601930261)) seçilib.

Qeyd edək ki, avtomobillərə verilən tələblər bunlardır: “Buraxılış ili: 2022 – 2023-cü il Mühərrik: Dizel, 4 taktlı turbinli və havalı soyutma sistemi, hidrogücləndirici nasos və əyləc kompressoru Həcmi: 4 – 4.5 Gücü (A.G): 140 – 150 Silindrlərin sayı və yerləşməsi: 4, sıralı Təkər formulu: 4×4 Ötürücü tipi: Tam Klirens (yüklü halda arxa körpü karterinin alt hissəsinə qədər) mm: 300 – 320 Ön təkər: Baraban Arxa təkər: Baraban Transmissiya: mexaniki

“Hayat Group” MMC daha öncə “Təmiz Şəhər” ASC-nin 4 668 080 manat məbləğindəki “Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınması”(25.01.2023), Texnoloji Komplektləşdirmə İdarəsinin 3 306 000 manat dəyərindəki “Avtomobil nəqliyyat vasitələrinin satınalınması” (06.01.2023) və 1 839 620 manat dəyərindəki “Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (buldozerlərin) satınalınması” tenderlərinin qalibi olub (03.11.2022).

Xatırladaq ki, “Hayat Group” MMC 29.10.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 148 520 manatdır. Qanuni təmsilçisi Babək İbrahimov Mikayıl oğludur. Hüquqi ünvanı Az1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 50, giriş 2, m 10-da yerləşir.

Poliqon.info