Bakıda ümumşəhər daxili iməciliyi keçirilib, 533 küçə yuyulub

Bu gün Bakının 533 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən məlumata görə bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib. İməcilik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və təmizlik və abadlıq işləri həyata keçirilib.

Qeyd edilib ki, bu gün paytaxtın küçə və prospektləri, park və bağları təmiz və baxımlı vəziyyətdədir. Bugünkü iməcilik Bakının daha da abadlaşmasına və gözəlləşməsinə töhfə olub.

Poliqon.info