Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək

“Dünya çempionatının Paris-2024 Yay Olimpiya Oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi məhz Bakıdakı yarışdan sonra baş tutacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının texniki nümayəndəsi Məhəmməd Şaban Bakıda keçiriləcək dünya çempionatına son hazırlıqlarla bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, mundialın Azərbaycanda keçirilməsinin çox yaxşı hal olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir: “Azərbaycana təşəkkürümüzü bildiririk. Yarışın keçiriləcəyi məkanla tanış olduq. Hər şeyi gözdən keçirdik. Hazırlıqlar planlaşdırıldığı kimi gedir. Qısası, işlər qaydasındadır”.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı Bakı Kristal Zalında təşkil olunacaq. Mundaialın informasiya dəstəkçisi “APA Media Group”dur.

Poliqon.info