Semyon Slepakov xarici agentlər siyahısına əlavə edilib

Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlərin siyahısını yeniləyib...

“Report” xəbər verir ki, siyahıya aktyor Semyon Slepakov da daxil olub.

Qeyd olunub ki, Slepakov xarici mənbələrdən dəstək alıb, Ukraynada keçirilən hərbi əməliyyata qarşı çıxıb, hərbi xidmətə və ümumilikdə dövlət qulluğuna mənfi münasibət formalaşdırıb, Rusiya Federasiyası vətəndaşları haqqında mənfi fikirlər səsləndirib.

Slepakov hazırda Rusiyadan kənarda yaşayır. Siyahıya həmçinin jurnalist Pavel Kanıgin, jurnalist İqor Yakovenko, prodüser Pavel Muntyan, həmçinin “Karnegi Beynəlxalq Sülh Fondu”, “Agentlik” və “Poliqon” nəşrləri, “Göy qurşağı” assosiasiyası daxil edilib.

Poliqon.info