Ermənilərin növbəti feyk kampaniyası: Azərbaycan səfiri həqiqəti ortaya qoydu - Foto

Ermənistan KİV-də Azərbaycana qarşı böhtan və feyk xəbər tirajlamaq kampaniyası səngimək bilmir...

Belə ki, erməni mətbuatında növbəti belə saxtakarlığın ünvanı Niderland, hədəfi Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev olub.

Erməni mediası iddia edib ki, “Niderland parlamentində azərbaycanlı diplomatı görmək istəməyiblər”.

Erməni mətbuatı özünə məxsus riyakarlıqla həmişə olduğu kimi faktların təhrif edilməsi ilə məşğul olub.Əslində isə Rəhman Mustafayevin planlaşdırılan bir görüşü həqiqətən texniki səbəblər ucbatından baş tutmayıb. Əvəzində isə səfir burada altı görüş keçirib.

“Komitə ilə texniki səbəblərə görə baş tutmayan bir görüş əvəzinə Niderland parlamentinin hər iki palatasını təmsil edən 6 siyasi partiyanın fraksiya üzvləri ilə altı fərdi görüş keçirildi”, - deyə səfir bildirib.

Poliqon.info