Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək - Afişa

İlk oyun günündə iki qarşılaşma keçiriləcək...

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Zirə” “Səbail”i qəbul edəcək. “Qartallar” hazırda 38 xalla 5-ci “dənizçilər” 21 xalla sonuncu - 10-cudurlar.

Günün digər görüşündə “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 60 xalla 3-cü, əyalət klubu isə 39 xalla 4-cü sırada qərarlaşıb.

Azərbaycan Premyer LiqasıXXX tur14 aprel (cümə)

17:30. “Zirə” - “Səbail”Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli ƏliyevHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Eldəniz MusayevZirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” - “Qəbələ”Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad ƏhmədovHakim-inspektor: Gülağa CabarovAFFA nümayəndəsi: Bəhram Qurbanov“Bakcell Arena”

Poliqon.info