Paytaxtda gənc qızı avtomobil vurub

Yaralı çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib...

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Şəbnəm Azər qızı Quliyeva yolu keçərkən onu avtomobil vurub.Yaralı çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Poliqon.info