Gürcüstan hökuməti Preziedntin Strasburqa səfəri ilə bağlı bəyanatını təkzib edib

Gürcüstanın hökumət administrasiyası Prezident Salome Zurabişvilinin Strasburqa səfərinin təxirə salınması ilə bağlı bəyanatını təkzib edib...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət administrasiyası səfərə icazə verilməsinin süni şəkildə gecikdirilməsi məlumatının həqiqətə uyğun olmadığını bəyan edib:

“Səfərin təxirə salınmasının Gürcüstan hökumətinin təsdiq prosesini süni şəkildə gecikdirməsi səbəbilə olması yalandır və həqiqətə uyğun deyil”.

Hökumətin bəyanatında qeyd olunub ki, Prezident Salome Zurabişviliyə martın əvvəlində ABŞ-a səfəri zamanı Strasburqa da səfər etməsi üçün şifahi təsdiq verilib.

Əlavə edilib ki, səfərin texniki detalları ilə bağlı prezident administrasiyası ilə hökumət administrasiyası arasında iş prosesi davam edib və aprelin 12-də Prezident administrasiyasından sonuncu məktub qəbul edilib. ayın 13-də isə səfərə yazılı icazə göndərilib.

Poliqon.info