Yeni avtomobil sürmək sağlamlıq üçün təhlükəlidir - Araşdırma

Alimlər müəyyən ediblər ki, xərçəngə səbəb olan bəzi kimyəvi maddələrin səviyyəsi yeni avtomobilin salonunda 12 günə qədər təhlükəsizlik həddini aşır...

Bəziləri üçün yeni avtomobilin qoxusundan daha dəbdəbəli heç nə yoxdur. Bu ətir təzə işlənmiş səthlər və üzlüklər tərəfindən yaranan uçucu buxarların qarışığıdır. Lakin bu qoxuların uzun müddət nəfəs alması sağlamlığa zərər verə bilər.

Poliqon “Science Alert” portalına istinadən xəbər verir ki, bunu yeni Çin-Amerika araşdırmasının nəticələri sübut edir.

Alimlər müəyyən ediblər ki, xərçəngə səbəb olan bəzi kimyəvi maddələrin səviyyəsi yeni avtomobilin salonunda 12 günə qədər təhlükəsizlik həddini aşır. Söhbət formaldehid və benzoldan gedir.

Aparılan təcrübə göstərir ki, kanserogenlərin səviyyəsi qapalı avtomobilin içərisində temperaturdan asılı olaraq dəyişir.

Tədqiqat taksi sürücülərinin və sərnişinlərin (gündə 11 saat və 1,5 saatını avtomobildə keçirən şəxslər) tənəffüs yolu ilə qəbul edilə, dəri vasitəsilə udula və ya qəbul edilə bilən uçucu birləşmələrə məruz qalmasını araşdırıb.

Təcrübədə istifadə edilən orta ölçülü yolsuzluq avtomobili plastik, süni dəri, parça və keçə ilə örtülüb. Bu materiallar istehsaldan dərhal sonra havaya müxtəlif uçucu üzvi birləşmələr buraxır. Bu proses deqazasiya kimi tanınır.

Tədqiqatçılar avtomobildən hava nümunələri götürüb və qaz xromatoqrafiyası-kütləvi spektroskopiyadan istifadə edərək, müxtəlif vaxtlarda 20 kimyəvi maddənin konsentrasiyasını müəyyən ediblər. Maşın gün ərzində isindikcə, onun daxili temperaturu 21°C-dən 63°C-dək dəyişib.

Uçucu kimyəvi maddələrin konsentrasiyası da avtomobilin içərisindəki havanın temperaturu ilə deyil, səthin temperaturu ilə müəyyən edilən dövri xarakter daşıyıb.

Poliqon.info