Rusiya “taxıl müqaviləsi”nin uzadılması üçün şərtlərini açıqlayıb…

Rusiya Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin uzadılması ilə bağlı Moskvanın şərtlərini açıqlayıb…
Xarici İşlər Nazirliyi: “Sistem problemləri həll olunmadan mayın 18-dən sonra taxıl müqaviləsinin uzadılmasından danışmağa ehtiyac yoxdur”.

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin portalında yerləşdirilən məlumatda bildirilir ki, Rusiya Federasiyası sistemli problemlər həll olunmazsa, mayın 18-dən sonra “taxıl müqaviləsi”ni uzatmağa ehtiyac olmayacaq.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, taxıl sövdələşməsi xarici dövlətlərin maraqlarını nəzərə almaqla daim Kiyevin yalnız kommersiya maraqlarına xidmət edir.

“Sistemik problemlər” sırasına Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması daxildir.

Xarici İşlər Nazirliyi həmçinin Tolyatti-Odessa ammonyak boru kəmərinin bərpasının, gübrə istehsalı ilə bağlı xarici aktivlərin və yerli şirkətlərin hesablarının dondurulmasının vacibliyini vurğulayıb.

Poliqon.info