Pentaqonun yayılan məxfi cənədləri Rusiya üçün dezinformasiya ola bilər…

ABŞ Rusiyanı dezinformasiya ilə yanıltmaq üçün Pentaqon sənədlərinin sızmasını təşkil edə bilər…

Poliqon xəbər verir ki, keçmiş FTB agenti Rouli bu barədə “RİA Novosti”nə verdiyi müsahibəsində deyib.

Keçmiş Federal Təhqiqatlar Bürosunun (FTB) agenti Kolin Rouli bildirib ki, ABŞ administrasiyası bəzi məxfi sənədlərin sızmasını təşkil edə bilər. Əgər belədirsə, onda sənədlərin böyük hissəsi saxtadır.

Rouli qeyd edib ki, ABŞ ğz planlarını həyata keçirmək və Rusiyaya yanlış məlumat ötürməküçün sənədlərin sızmasını təşkil edə bilər.

Keçmiş FTB agenti deyib: “Bu, bir nəfərin hərəkəti ola bilməz. Bunun üçün yüksək səviyyəli məmurların, hətta prezidentin razılığı olmalıdır”,

Qeyd edək ki. ABŞ-ın məxfi sənədlərinin internetə sızması ilk dəfə aprelin 7-də məlum olub.

Poliqon.info