Qazaxıstan və Çin qarşılıqlı vizasız gediş-gəliş haqqında razılığa gəliblər

Qazaxıstan-Çin razılaşmasına əsasən, vətəndaşların vizasız qalma müddəti 30 günlə məhdudlaşdırılıb…

Poliqon xəbər verir ki, bu barədə Tengritravel.kz resursunun məlumatında bildirilir.

Qazaxıstan Xarici İşlər Nazirliyinin müvafiq qərar layihəsinə istinadən bildirilir ki, Astana və Pekin vizasız rejim tətbiq etməyi planlaşdırır. Layihə ictimai müzakirə üçün "Open NLA" saytında dərc olunub. Sənədin prezident Kasım-Jomart Tokayevin bu il mayın ortalarında Çinə dövlət səfəri zamanı imzalanacağı gözlənilir.

"Sazişin imzalanması Qazaxıstan Respublikası ilə Çin Xalq Respublikası arasında sıx əməkdaşlığın gücləndirilməsinə təkan verəcək", deyə dərc olunmuş qətnamə layihəsində deyilir.

İki ölkə vətəndaşlarının başqa dövlətin ərazisində vizasız qalma müddəti sərhədi keçdiyi andan 30 gündür. Eyni zamanda, 180 günlük müddət ərzində 90 gündən çox olmayan vizasız rejimdən istifadə etmək mümkün olacaq.

Poliqon.info