Mingəçevirin bir hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb...

“Report”un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Şəhər sakinləri bildirib ki, artıq bir saatdan çoxdur ki, elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib.

Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Poliqon.info