Rusiya XİN: Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Ermənistanın detallı təklifləri var

Biz Laçın yolunun tam açılmasının tərəfdarıyıq. Bunun üçün müvafiq səylər Müdafiə Nazirliyi, sülhməramlı kontingentin komandanlığı və XİN-lə əməkdaşlıq çərçivəsində atılır...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin detallı təklifləri var.

Zaxarova qeyd edib ki, yerdə sülhməramlılar Qarabağ ermənilərinin ərzaq və zəruri mallarla təminatı məsələlərini həll edir.

"Hər gün onlarla ton humanitar yük daşınır. Biz kompleks üçtərəfli razılaşmalar əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məqsədi ilə vəziyyətin tezliklə həllini gözləyirik", - Rusiya XİN sözçüsü qeyd edib.

Poliqon.info