Şəmkirdə avtomobil körpüdən aşıb, xəsarət alanların sayı 7-yə çatıb - Adlar, Yenilənib

Yaralılar xəstəxanaya yerləşdirilib...

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların sayı 7-yə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı daha bir nəfər - 2020-ci il təvəllüdlü Mehrac Hüseynli xəsarət alıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

***

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir ailənin 6 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info