Azərbaycan ağır atletləri İrəvana gedirlər

Avropa çempionatı 15-23 aprel tarixlərində keçiriləcək...

Azərbaycan ağır atletləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcəklər.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, ağırlıqqaldıranlarımızın yarışda iştirakı təsdiqlənib. Avropa çempionatında ölkəmizi dörd idmançı təmsil edəcək. Bunlar Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlüdür (102 kq).

Avropa çempionatı 15-23 aprel tarixlərində keçiriləcək.

Poliqon.info