Vaşinqton: ABŞ gizli məlumatların sızması ilə bağlı müttəfiqləri ilə birlikdə çalışır

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Pentaqonun məxfi məlumatlarının internetə sızması ilə bağlı Vaşinqtonun müttəfiq ölkələrlə əlaqəsi çox yüksək səviyyədədir...

Poliqon xəbər verir ki, bunu Kirbi aprelin 11-də keçirdiyi brifinq zamanı deyib.

“Biz, dediyim kimi, müttəfiqlər və tərəfdaşlarla çox yüksək səviyyədə qarşılıqlı əlaqədə oluruq və onlarla əlaqə saxlayırıq”, deyə Kirbi bildirib.

Kirbi əmin edib ki, ABŞ Müdafiə Nazirliyi milli təhlükəsizliyi təhdid edən məxfi məlumatların sızmasının nəticələrini minimuma endirmək üçün operativ tədbirlər görüb.

Poliqon.info