Macarıstan Rusiya ilə yeni enerji sazişləri imzalayır

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Rusiyanın enerji resurslarına çıxış Macarıstanın təhlükəsizliyi üçün həlledicidir…

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfəri zamanı ölkənin Rusiyanın enerji resurslarına daimi çıxışını təmin etmək üçün yeni sazişlər imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb. Qəzet yazır ki, Siyarto Rusiya Baş nazirinin energetika üzrə müavini Aleksandr Novak və Rusiyanın “Rosatom” dövlət nüvə enerji şirkətinin icraçı direktoru Aleksey Lixaçevlə görüşüb.

Görüşlərdən sonra keçirilən brifinqdə Macarıstanın xarici işlər naziri siyasi mülahizələrdən asılı olmayaraq, Rusiyanın enerji resurslarına çıxışın Macarıstanın təhlükəsizliyi üçün həlledici olduğunu vurğulayıb.

Poliqon.info