Etirazçılar Makronun Aİ-nin gələcəyi ilə bağlı çıxışını kəsiblər

Fransa hökumətinin hərəkətlərinə etiraz edənlər Emmanuel Makronun Aİ-nin gələcəyi ilə bağlı Haaqadakı çıxışını dayandırıblar...

Poliqon xəbər verir ki, Makronun Haaqadakı Nexus İnstitutunda uğursuz çıxışı barədə BFMTV məlumat yayıb.

İnstitutun zalında iştirak edən onlarla nümayişçi pensiya islahatını tənqid edən şüarlar səsləndirib, hətta Makronun ünvanına “zorakılıq və ikiüzlülük prezidenti” sözləri yazılmış pankart da açıblar.

Qeyd edək ki, yanvarın sonlarından Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları keçirilir. Yanvarın 31-də 3 milyona yaxın insan mitinqlərə çıxıb. Baş verənlər fonunda prezident Emmanuel Makronun reytinqi rekord həddə düşüb. Respondentlərin yalnız 28 faizinin Fransa liderinin işindən razı qaldığı dəqiqləşdirilib.

Son günlər isə Fransada pensiya islahatına qarşı etirazlar polislə çatışmaya dönüşüb.

Poliqon.info