Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ottava Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib…

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib. 14 fiziki və 34 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

Sanksiyalar əsasın “Vaqner” Özəl Hərbi Şirkətlə əlaqəli şəxslərə qarşı məhdudiyyətlər tətbiq edilir. Həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov da Kanadanın sanksiyaları ilə üzləşib. Qeyd olunur ki, sanksiyalar aprelin 5-dən qüvvəyə minib.

Xatırladaq ki, sonuncu dəfə fevralın 24-də Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Daha sonra məhdudiyyətlər 129 fiziki şəxsə və 63 təşkilata şamil edilib. Fevral sanksiyalarında Rusiya baş nazirinin müavinləri və bəzi nazirlər yer alıb.

Poliqon.info