Azərbaycanın FIFA referisi Yunanıstanda təxirə salınmış oyuna dəvət olunub

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək...

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.

Poliqon.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma martın 1-də keçirilməli idi. Görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt oyuna təyinat almışdı.

Poliqon.info