Ankara və Ər-Riyad siyasi məsləhətləşmələrə başlayıb…

Türkiyə və Səudiyyə Ərəbistanı uzun illərdən sonra ilk siyasi məsləhətləşmələr raundunu keçirir…

Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanının SPA Xəbər Agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirlikləri arasında uzun illərdən sonra ilk siyasi məsləhətləşmələr Ər-Riyadda baş tutub.

Türkiyənin Səudiyyə Ərəbistanı, Yəmən və Küveytlə siyasi məsləhətləşmələr aparacağı bildirilib. Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Krallığın xarici işlər nazirinin müavini Valid Əl-Khereycinin dəvəti ilə aprelin 10-da Ər-Riyada səfər edib.

“Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edərək iki ölkə hökumətləri arasında siyasi məsləhətləşmələrin birinci raundunu keçiriblər. Onlar həmçinin səylərin artırılması və ikitərəfli koordinasiya məsələlərini müzakirə ediblər. Mövcud beynəlxalq vəziyyət, regional və beynəlxalq arenada əsas çağırışlar və böhranlar müzakirə edilib”, deyə məkumatda qeyd edilir.

Həmçinin SPA Agentliyi qeyd edib ki, görüş zamanı müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Poliqon.info