Xalq artisti İranə Tağızadə dəfn olunub - Yenilənib

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub...

"Report" xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

Xalq artistinin nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

***

Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, 30 ildən çoxdur İ.Tağızadə ilə bir yerdə işləyib: “İrana xanımın vəfatı mədəniyyətimiz üçün böyük itkidir. O, sonuncu dəfə Cəfər Cabbarlının "Aydın" tamaşasında rol almışdı. İrana xanım özünə məxsus dəsti-xətti ilə seçilən sənətçi idi. İşə gələ bilməyəndə telefonla əlaqə saxlayırdıq. Həyat yoldaşı mənə zəng edib dünyasını dəyişdiyini deyəndə inana bilmədim ki, İrana artıq yoxdur".

Qeyd edək ki, vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Xatırladaq ki, İ.Tağızadə 1957-ci il mayın 7-də Bakı şəhərində anadan olub. O, aprelin 9-da vəfat edib.

##galery##

Poliqon.info