Xalq artisti İrana Tağızadə ilə vida mərasimi keçirilir

Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə 1957-ci il mayın 7-də Bakı şəhərində anadan olub. O, aprelin 9-da vəfat edib.

##galery##

Poliqon.info