Azərbaycanın beynəlxalq arenada nüfuzunun göstəricisi

Prezident İlham Əliyev hər zaman diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür...

Hazırda hər bir dövlət üçün başlıca iqtisadi təminatı sayılan enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyasının önəmi artıb. Bu baxımdan Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb. Artıq bir çox qlobal layihələrdə Azərbaycan söz sahibinə çevrilib. Bununla yanaşı, Azərbaycan son illər qlobal təşəbbüslərlə çıxış edir. Bu da dövlətimizin beynəlxalq arenada nüfuzunun göstəricisidir. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Bütün bunlar 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdir. Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi. Danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan hərb meydanında Azərbaycanın dəmir yumruğu ilə qarşılaşdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni mifini darmadağın etdi. Azərbaycan Ermənistana heç gözləmədiyi şəkildə zərbə endirərək tarixdə unutmayacağı dərs verdi.

2018-ci ildə keçirilən Prezident seçkilərində xalq bir daha öz sözünü dedi. Bu seçiklərdə xalqımız cənab Prezident İlham Əliyevə etimad göstərdi. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.

Aybəniz Rüstəmova - Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info