Xaçmazda ər-arvad faciəli şəkildə ölüb - Yenilənib

Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüb...

Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüb.

"Report"un şimal bürosunun məlumatına görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan öğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Poliqon.info