ABŞ-da Pasxa bayramında insanlar yumurta əvəzinə kartof boyayıblar...

Amerikada yumurta baha olduğuna görə, bəzi amerikalılar Pasxa bayramında yumurta əvəzinə kartof boyayıblar...

Poliqon xəbər verir ki, bu barədə məlumat yayan ABŞ-ın Axios nəşri amerikalıların bunu etiraz əlamıəti olaraq etdiklərini yazıb.

Qeyd edək ki, aprelin 9-da katoliklər Pasxa bayramını qeyd ediblər. ABŞ-da isə etiraz memləri olaraq, bir çox insanlar Pasxa üçün yumurta boyamaq əvəzinə kartofu yumrta kimi rəngləyiblər.

Bildirilir ki, Amerikada yumurta qiymətləri keçən illə müqayisədə fevral ayında 55,4%, kartof isə illik müqayisədə cəmi 13,5% artıb.

Yumurtanın bu qədər bahalaşması isə amerikalıları qəzəbləndirir.

Poliqon.info