Bayden III Çarlzın tacqoyma mərasimində niyə iştirak etmək istəmir?...

Baydenin III Çarlzın tacqoyma mərasimində iştirak etməkdən imtina etməsi Britaniyada kürəkdən vurulan bıçaq zərbəsi kimi dəyərləndiriblər...

ABŞ prezidenti Co Baydenin Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə uçmaqdan imtina etməsi mühafizəkar parlamentarilər tərəfindən Britaniyanın kürəyinə vurulmuş bıçaq zərbəsi kimi qiymətləndiriləcək.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Express qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Bayden aprelin 11-də regionda uzun illər davam edən silahlı qarşıdurmaya son qoyan Belfast razılaşmasının ildönümü üçün Şimali İrlandiyaya uçacaq. Lakin ABŞ lideri may ayında baş tutacaq yeni kralın tacqoyma mərasiminə gəlməkdən imtina edib.

Qəzet qeyd edib ki, Mühafizəkarlar Partiyası üzvləri Baydenin belə bir qərarından sonra əsəbiləşiblər və bunu Londona arxadan vurulan bıçaq zərbəsi kimi qiymətləndiriblər. Deputatlar hesab edirlər ki, Amerika prezidenti bu etinazsızlığı ilə Böyük Britaniya ilə münasibətlərə etinasızlıq göstərib.

Poliqon.info