Tramp amerikalıları Pasxa münasibətilə təbrik edib və qayıdacağına söz verib...

ABŞ-ın sabiq prezidenti təbrikində seçici saxtakarlığına tez bir zamanda son qoyulacağına da vəd edib...

Poliqon xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp amerikalılara Pasxa təbriini aprelin 9-da Turth sosial şəbəkəsində dərc edib.

“Hər kəsin Pasxa bayramı mübarək olsun, o cümlədən başqa heç nəyi xəyal edə bilmədiyi üçün ölkəmizin məhvi haqqında sonsuz xəyallar quranların, mühafizə olunan sərhədin və möhkəm divarın olmasının yaxşı olduğunu başa düşməyəcək qədər bacarıqsız olanların, səsvermədə kütləvi seçici saxtakarlığına tez bir zamanda son qoyulacaq”, deyə Tramp təbrikində yazıb.

Sabiq prezident əlavə edib ki, bütün “zəif və yazıq” respublikaçıları, radikal sol demokratları, sosialistləri, marksistləri və Trampa görə “millətimizi öldürən” kommunistləri də təbrik edir.

“Unutmasınlar, biz qayıdacağıq!”, deyə Tramp sadalanan qruplara söz verib.

Xatırladaq ki, katoliklər və protestantlar Pasxa bayramını aprelin 9-da qeyd ediblər.

Poliqon.info