SEPAH gəmiləri Fələstinlə həmrəylik üçün parad keçirəcəklər...

İran İslam İnqilabı Keşikçiləri Korpusu Donanması Fələstinlə həmrəylik üçün kütləvi paradlar keçirəcək...

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic qüvvələrinin gəmiləri Fələstin xalqına dəstək məqsədilə İranın şimal və cənub sahillərində keçiriləcək genişmiqyaslı dəniz paradında iştirak edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə aprelin 9-da IRNA Agentliyi məlumat yayıb.

Kontr-admiral Əlirza Tənqsiri bildirib ki, dəniz paradı aprelin 13-də ölkənin şimal və cənub sahil bölgələrində, eləcə də digər ölkələrin bir sıra limanlarında keçiriləcək.

“Məzlum Fələstin xalqını qorumaq, onların intifazəsini (qiyamını) dəstəkləmək və sionist rejimin iyrənc və qəddar cinayətlərini pisləmək üçün SEPAH Hərbi Dəniz Qüvvələrinin gəmilərinin ən böyük milli paradı saat 15:30-a planlaşdırılıb”, deyə Tənqsiri bildirib.

Poliqon.info