Çin hazırlığa başladı: Tayvana belə hücum ediləcək – Plan 

Çin hərbçiləri Tayvana dənizdən və havadan zərbələrin endirilməsi üzərində çalışırlar.

Poliqon.info xəbər verir ki, bu məlumatı CCTV yayıb.

Məlumata görə, keçirilən təlimdə Çin ordusu xüsusilə adadakı açar obyektlərin hədəfə alınması üzərində məşq edirlər.

Qeyd edək ki, Çin bundan öncə Tayvan boğazında təlimlərə start verib. Təlimin Tayvan liderinin ABŞ-a səfər etməsi üçün dəvətə və adaya ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin gəlməsinə cavab olduğu bildirilib.

(İlkin Həsənov Globalinfo.az)

Poliqon.info