İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib...

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info