“Gəl “Qarabağ”a, qardaş”

“Qarabağ”ın futbolçusu Redon Cica Kosovo millisinin oyunçusu Florent Hasanini komandasına dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat Albaniya mətbuatında yayılıb.

 26 yaşlı vinger “Erzeni” ilə Albaniya çempionatındakı matçda (3:1) het-trik edib. O, bundan sonra İnstaqramda “bu gün yaxşı gün idi” sözləri ilə paylaşım edib. Cica isə paylaşıma yazdığı şərhdə “Gəl “Qarabağ”a, qardaş” sözlərini yazıb.

Albaniya mətbuatı indi bu sözlərin zarafat olduğunu qeyd etsə də, “Tirana” klubunun yayda müqaviləsi başa çatacaq Hasanini saxlamağın çətin olacağını yazıb.

Qeyd edək ki, Hasani bu mövsüm 27 oyuna 14 qol vurub

Poliqon.info