Mərkəzi Gömrük Hospitalında Özbaşınalıq – Vətəndaş Şok faktları açıqladı

Həyat yoldaşımın dünyasını dəyişməsinə baxmayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.

Ətraflı

Mən isə iki gün ərzində komada olan xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayıram. Onlar bildirdilər ki, pullarınızın nəyə xərclənməsi barədə 25 martda sənə faktura veriləcək. Fakturanı nəhayət aldım.Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı Dilarə xanımla əlaqə saxladım. Sonra bildirdilər ki, baş həkim digərlərini dəvət edib məsləni müzakirə ediblər. Bildiriblər ki, hər şey qaydasında yanaşılıb. Pul da qaytarılmır. Getsin hara istəyir şikayət etsin. ( Yəni, ağlı olardı, xəstəsini MGH-na gətirməzdi.)

MGH-nin stasionar xəstənin tibbi kartasından çıxarışda qeyd edilir:

Xəstənin giriş tarixi: 17.03.2023. saat 20:19. Ağırlaçma-xroniki qaraciyər çatışmazlığı. Tənəffüs spontan, Sp O2 80%. Tənəffüs sərt rejimdə təmin edildi.

Uzun müddətdir hepatit B+D.

NƏLƏRİ SAXTAKARLIQLA SƏNƏDLƏŞDİRİBLƏR?

Qeyd edirlər ki, qəbul zamanı sidik kisəsi boşdur.

Faktura sənədində yazırlar ki, Sidik kültürü ( VTEK) üçün 113 manat çıxıldı.

Sidiyin ümumi analizi üçün 14 manat,

Sonda qeyd edirlər ki, əczəxana üçün 1639 manat xərcləndi. Bura daxildir- 30, 20,70,40,10, 50 ədəd əlcək, 100ml, 50 ml, 50 ml, spirt, sprislər cəmi 90 ədəd, və s. lazım olan və çoxu olmayan dərmanlarla siyahını doldurublar koma xəstəsinə.

Digər tərəfdən ağır diaqnoz bəlli olduğu halda koma xəstəsini Baş beyin KT-yə, rəngli dopler Exo KQ, Rengeneoqrafiya etdirməyə, 12 aparmalı EKQ, və ehtiyac olamayan aparata salınmışdır .

Yəni, Mənə də əvvəl MGH-nın Təcili yardım həkimi bildirdi ki, narahat olmayın xəstəni aparıb həyata qaytaracağıq. Respublika xəstəxanasında isə bildirmişlər ki, B+D ağır qaraciyər sirrozunun müalicəsi yoxdur respublikamızda və 8 gün komada olan xəstəyə heçnə edə bilmərik, apar evinizə.

Ona görə də mən şəxsən bu suala cavab üçün Səhiyyə naziri cənab Teymr Musayevdən, TƏBİBİB rəhbəri cənab Vüqar Qurbanovdan, MGH-nın tibbi xidmət generalından soruşmaq istəyirəm: Müalicəsi mümkün olmayan xəstəni MGH-na hansı məqsədlə həkimlər apardılar. Əgər komaya düşən xəstənin beyni reaksiya vermirsə, qaraciyər fəaliyyətini dayandırıbsa?

DGK-nin sədri Bağırov Şahindən soruşmaq istəyirəm: Siz 6 martda MGH-na təyin etdiyiniz baş həkimə xəstənin vəziyyəti necə olmasından asılı olmayaraq “YIĞIN” komandası vermisiniz, yoxsa müalicəsi respublikada mümkün olan xəstələri ciddi müalicə etməyi? Niyə yenicə təyin etdiyiniz baş həkim xəstənin öləcəyini 100% bilə bilə soyğunçuluğa göstəriş verib?

Cənab Baş prokuror Kamran Əliyev Sizdən xahiş edirəm ki, Mərkəzi Gömrük Hospitalında mənim və ailə üzvlərimizin razılığı ( şifahi və yazılı) olmadan həyatla vidalaşmaq üzrə olan xəstəmizi həyata qaytaracağıq vədi verərək, 38 saat ərzində bizə lazımsız formal müalicələr aparan dələduz həkim dəstəsi və rəhbərliyi barəsində ciddi araşdırma aparılmasına göstəriş verib məni kimi insanlara maddi və mənəvi zərbə vuran Səfər Mehdiyevdən qalma nehrəmlilərin qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Həkim dələduzluğu nəticəsində Mənə dəymiş maddi ziyan dərhal ödənilsin.

Çoxhörmətli cənab Prezident İlham Əliyev! Sizdən şəxsən xahiş edirəm ki, uzun müddət korrupsiyalaşmış Dövlət Gömrük Komitəsində sabiq sədr Səfər Mehdiyev və onun DGK-də kök salmış 1500 nəfərdən ibarət nehrəmli qohum əqrəbaları ilə faktiki bacarmayan və nəticədə xəstə insanların həyatlarını alver predmetinə çevirən MGH-da ciddi islahatlar aparmaq iqtidarında olmayan Bağırov Şahinin daha ciddi, təcrübəli, cəsarətli, nəfsitəmiz, vicdanlı, peşəkar bir gömrük işçisilə əvəz edəsiniz ki, o da heçnədən çəkinmədən DGK-də ciddi kadr islahatları apara bilsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Poliqon.info