Daha bir avtobus KART sisteminə keçir - Bundan sonra ödəniş...

Aprelin 10-dan etibarən daha bir avtobus marşrutunda gedişhaqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verdiyi məlumata görə, bu, "Azadlıq Prospekti" metrostansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xəttidir.

Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Poliqon.info