General: Tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib

Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər həyata keçirilir...

Bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib:

“Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək”.

Poliqon.info