“Hizbullah” İran vətəndaşlarını Bakını tərk etməyə çağırıb - Bu terror təhdidir?

Bu çağırış Azərbaycanda terror təhlükəsini yüksək səviyyəyə çıxmasından xəbər verir?..

Poliqtoloq: ““Hizbullah” kimi bir təşkilatın fəaliyyət dairəsi Azərbaycan deyil, Yaxın Şərqdir.Belə təşkilatların da fəaliyyətinə icazə verilən və verilməyən regionlar var.

““Hizbullah” İrana bağlı təşkilat olsa da, onların ipi Qərbin kəşfiyyat orqanlarının əlindədir. Onlar icazə verməsə, bu təşkilat heç bir addım ata bilməz”.

Bu sözləri politoloq Azər Qasımov “Hizbullah” təşkilatının İran vətəndaşlarına Bakını tərk etmək barədə çağırışını Poliqon-a şərh edərkən qeyd edib.

İrana bağlı olan “Hizbullah” təşkilatı İran vətəndaşlarına Bakını tərk etmək barədə çağırış edib. Bu çağırışı necə dəyərləndirmək olar? Demək olarmı ki, bu çağırış Azərbaycanda terror təhlükəsini yüksək səviyyəyə çıxmasından xəbər verir? Ümumiyyətlə, İran Azərbaycanda qanlı terror aktlarına imza ata bilər?

İranın Azərbaycanla bağlı növbəti məkirli planını Poliqon-un əməkdaşı politoloq Azər Qasımovla müzakirə edib.

Azər Qasımov: “Fikrimcə, məsələ odur ki, Azərbaycanda davam edən İran casus şəbəkəsi ifşası və həbsləri fonunda İran vətəndaşlarının da ehtimal edilə bilən həbslərinə görə təxribatçı addımların atıla bilməsinin qarşısı alınmaq istənilir”.

“Hizbullah”ın Azərbaycanda casus şəbəkəsinin olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, belə bir şəbəkə olsaydı bunu bizim kəşfiyyat orqanları çoxdan bilərdilər:

““Hizbullah”ın başı bu günlərdə İsrail təyyarələrinin onların başlarına tökdüyü bombalardan sonra o qədər ağrıyır ki, nə edəcəklərini bilmirlər. İsraillə Azərbaycanın yerini səhv salıblar. “Hizbullah” bilindiyi kimi bir terror təşkilatıdır və başında da İranın molla rejimi durur. Görünən odur ki, İran mollaları Azərbaycana terrorla hədə-qorxu gəlməyə başlayıblar.

Azərbaycan dövləti təbii ki, bu hədələri ciddi qəbul edir və öz tədbirlərini görür, bundan sonra da görəcək. İran rejimi elə bir mənəviyyata sahibdir ki, ondan hər şey gözləmək olar. Amma məsələ ondadır ki, “Hizbullah” kimi bir təşkilatın fəaliyyət dairəsi Azərbaycan deyil, Yaxın Şərqdir.

Belə təşkilatların da fəaliyyətinə icazə verilən və verilməyən regionlar var. “Hizbullah” İrana bağlı təşkilat olsa da, onların ipi Qərbin kəşfiyyat orqanlarının əlindədir. Onlar icazə verməsə belə, təşkilatlar heç bir addım atmazlar. Qərb üçün isə Azərbaycanın təhlükəsizliyi vacib məsələdir. Ən azı enerji daşıyıcıları məsələsinə görə.

Azər Qasımov: “Sadəcə İran rejimi bunu dövlət adından yox, “Hizbullah”ın dili ilə deyir və bir növ hədə gəlir”.

Bu baxımdan, hesab edirəm ki, “Hizbullah”ın bu çağırışını terror edə biləcəyi ilə əlaqələndirmək doğru deyil. Əvvəla, “Hizbullah”ın Azərbaycanda casus şəbəkəsi yoxdur. Olsa idi, bunu bizim kəşfiyyat orqanları çoxdan bilərdilər. Burda, fikrimcə, məsələ odur ki, Azərbaycanda davam edən İran casus şəbəkəsi ifşası və həbsləri fonunda İran vətəndaşlarının da ehtimal edilə bilən həbslərinə görə təxribatçı addımların atıla bilməsinin qarşısı alınmaq istənilir.

Sadəcə İran rejimi bunu dövlət adından yox, “Hizbullah”ın dili ilə deyir və bir növ hədə gəlir. Amma bunun arxasında öz içimizdən olan casus şəbəkələrinə mesaj ola biləcəyi açıqdır. Biz öz daxili düşmənlərimizi təmizləməliyik”.

Nərminə UMUDLU Poliqon.info