Tramp həbsxanada prezident ola bilər

ABŞ-ın sabiq prezidenti Donald Tramp həbsdə olsa da, ölkənin yeni lideri ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Trampın namizədliyini heç nə dayandırmır. Hətta federal məhkəmə qərarı da buna mane ola bilməz. Zehni sağlamlığı pozulmuş olsaydı belə. Ali Məhkəmə federal vəzifəyə namizəd olmaq üçün tələb olunan yeganə şərtlərin Konstitusiyanın tələbləri olduğunu qərara alıb”, deyə qəzetə danışan hüquq tədqiqatçısı Eugene Mazo bildirib.

Konstitusiyaya əsasən prezident seçkjlərində iştirak etmək üçün namizəd 35 yaşdan kiçik olmamalı, ölkədə doğulmuş bir vətəndaş olmalıdır və ABŞ-da ən azı 14 il yaşamalıdır. Həmçinin qeyd olunur ki, ştatlar, əyalət və yerli hökumət seçkilərində cinayətkarları səsvermə bülletenindən kənarlaşdırmaqda sərbəstdirlər, lakin federal seçkilərdə bu mmkün deyil, çünki ştatlarda fərqli qaydalar mövcuddur.

Poliqon.info