Əfqanıstnın keçmiş prezidenti ölkədən necə qaçıb?

ABŞ Əfqanıstanın eks-prezidentinin ölkədən qaçması ilə bağlı təfərrüatları açıqlayıb...
Ağ Ev: “Əfqanıstanın keçmiş prezidenti Qəni ABŞ-ı ölkədən qaçmaq istəmədiyinə əmin etmişdi”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin ölkədən qaçması ilə bağlı təfərrüatları açıqlayıb.

Poliqon xəbər verir ki, Əfqanıstanın keçmiş dövlət başçısı ABŞ-ı əmin edib ki, Əfqanıstanı tərk etmək niyyəti yoxdur.

Amerika administrasiyasının nümayəndəsi qeyd edib ki, hətta Əfqanıstan prezidenti kimi Qəni 2021-ci il avqustun 15-də ölkəni tərk edən son saatlara qədər Vaşinqtonu vətənini tərk etməyəcəyinə inandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstandan qaçması ilə bağlı danışan Qəni qeyd edib ki, o, Taliban hərəkatının ölkə prezidentini alçaltmasının qarşısını almaq üçün Əfqanıstandan qaçıb. Qəni onu da vurğulayıb ki, o, yeni hökuməti legitimləşdirəcək sənədi imzalamağa məcbur olmamaq üçün ölkəsindən qaçıb.

Poliqon.info