Priqojin Avropada “Vaqner”in mobil məntəqələrini açmağa söz verib

“Vaqner” muzdlu döyüşçülərin rəhbəri Yevgeni Priqojin bildirib ki, ÖHŞ-nin mobil bölmələri tezliklə Avropa ərazisində açılacaq...

Poliqon xəbər verir ki, rusiyalı iş adamı bunu Amerikanın The Daily Beast nəşrinin sorğusuna cavab olaraq deyib.

Nəşrin jurnalistləri Priqojindən müxtəlif şəhərlərdəki “Vaqner” mobil məntəqələrinə gələn muzdluları Ukraynadan başqa yerə göndərib-göndərməyəcəklərini soruşublar.

“”Vaqner qrupu” Rusiyanın müxtəlif şəhərlərində mərkəzlər, o cümlədən kiçik yaşayış məntəqələinə səyahət edən mobil şöbələr açıb. Düşünürəm ki, bu mobil şöbələr tezliklə dünyanın hər yerinə, o cümlədən Avropa ərazilərinə də gedib çıxacaqlar”, deyə Priqojin cavab verib. Priqolinin cavabı onun mətbuat xidmətinin teleqram kanalında dərc edilib.

“Putinin aşpazı” əlavə edib ki, yeni muzdluların hara göndəriləcəyi ilə bağlı məlumatlar hələlik sirrdir.

Poliqon.info