İsrail tezliklə “qisas” əməliyyatına başlaya bilər...

İsrailin Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun sədrliyi ilə fövqəladə iclas keçirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail mediası xəbər verir ki, təhlükəsizlik kabinetinin fövqəladə iclasında İsrailə Livandan raket buraxılışlarına cavab olaraq Qəzza zolağı və Livandakı fələstinli qrupların hədəflərinə kütləvi zərbələr endirilməsi barədə qərar qəbul edilib.

Əməliyyatın yaxın saatlarda başlaması gözlənilir..

Qeyd edək ki, İrana bağlı olan “Hizbullah” İsrail ərazisinə edilən hücumların arxasında Fələstin qüvvələrinin olduğunu bildirərək məsuliyyəti üzərinə götürməyib.

Poliqon.info