Goranboyda ağır qəza: Hərbçilər xəsarət aldılar

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb...

Goranboy-Tərtər avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yolun Goranboyun Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Qəzada xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslər hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info